satellite   Azerspace-1: 11135 H 30000

Parataekvondoçularımız Qran-Pri turnirində üç medal qazanıblar

Parataekvondoçularımız Qran-Pri turnirində üç medal qazanıblar

İngiltərənin Mançester şəhərində parataekvondo üzrə Qran-pri turniri keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yarışa dörd idmançı ilə yollanan Azərbaycan millisi üç medal qazanıb. Belə ki, Fərid Tağızadənin rəhbərlik etdiyi yığmanın heyətində İmaməddin Xəlilov (K44, 70 kq) ikinci yeri tutub. Sabir Zeynalov (K44, 58 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) isə Qran-Prini bürünc medalla başa vurublar.

Qeyd edək ki, bu gün Mançesterdə taekvondoçuların mübarizəsinə start veriləcək. Üç gün davam edəcək yarışda ölkəmizi baş məşqçi Reza Mehmandostun rəhbərliyi ilə Qaşım Maqomedov (58 kq) təmsil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM