satellite   Azerspace-1: 11135 H 30000

Bakıda keçiriləcək güləş üzrə dünya kuboku yarışının medalları hazırlanıb

Bakıda keçiriləcək güləş üzrə dünya kuboku yarışının medalları hazırlanıb

Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə dünya kuboku yarışı keçiriləcək. Bakı İdman Sarayında təşkil olunacaq yarış üçün sifariş edilmiş medallar hazırdır.

Azərbaycan Güləş Federasiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, qızıl, gümüş və bürünc medalların ön tərəfində yarışın loqosu, loqonun fonunda Bakının rəmzlərindən sayılan Qız qalası əks olunub. Medalın digər üzündə isə Dünya Güləş Birliyinin (UWW) loqosu öz əksini tapıb. Medalların yaşıl rəngli lenti də dünya kubokuna özəl olaraq işlənilib.

Xatırladaq ki, dünya kuboku yarışında altı komanda A (Türkiyə, İran, Qırğızıstan) və B (Azərbaycan, Serbiya, Dünya yığması) qrupunda yer alıb. Qrupların ikinciləri bürünc medal uğrunda mübarizə aparacaqlar. Qrupların qalibləri isə finalda kubok və qızıl medal uğrunda güləşəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM