satellite   Azerspace-1: 11135 H 30000

Misli Premyer Liqası: XIV turun oyun cədvəli açıqlanıb

Misli Premyer Liqası: XIV turun oyun cədvəli açıqlanıb

Misli Premyer Liqasında XIV turun oyun cədvəli məlum olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, turun ilk oyunu noyabrın 11-də Şamaxı şəhər stadionunda “Şamaxı” “Sumqayıt” (14:30) komandaları arasında olacaq.

Noyabrın 12-də Zirə İdman Kompleksinin stadionunda “Zirə” – “Səbail” (16:00), saat 18:30-da “Bakcell Arena”da “Neftçi” – “Qəbələ” matçı keçiriləcək.

Gəncə şəhər stadionunda “Kəpəz” – “Turan Tovuz” oyunu noyabrın 13-də saat 14:30-da baş tutacaq. Günün digər qarşılaşması isə “Sabah” və “Qarabağ” komandaları arasında “Bank Respublika Arena”da saat 17:00-da təşkil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM