satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Federasiyadan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, 81 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Darya Kozoresi (Moldova) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan 6 ildən sonra qitə çempionatının həlledici mərhələsində təmsil olunacaq. Rzayeva qızıl medal uğrunda Mariya Lovçinska ilə (Ukrayna) döyüşəcək.

Millinin digər boksçusu Anaxanım İsmayılova (50 kq) isə bürünc medalla kifayətlənib. 1/4 finalda Yaroslava Marinçuku (Ukrayna) məğlub edən idmançı yarımfinalda Katlin Fryerslə (İrlandiya) qarşılaşıb və rəqib finala yüksəldiyindən təmsilçimiz 3-cü yeri tutub.

Qeyd edək ki, 30 ölkədən 154 boksçunun qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM