satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” klubunun UEFA Çempionlar Liqası üçün ilkin heyəti açıqlanıb

“Araz-Naxçıvan” klubunun UEFA Çempionlar Liqası üçün ilkin heyəti açıqlanıb

Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” futzal klubu ilkin heyəti UEFA-ya göndərib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, 19 nəfərlik heyətdə 3 qapıçı yer alıb. Cəzalı olduğuna görə bu mərhələdə iştirak etməyəcək Felipinyonun adı da iştirak ərizəsinə daxil edilib. Komanda elit-raunda yüksələcəyi təqdirdə futzalçı komandasına sonuncu görüşdə kömək edə biləcək.

Heyətdə qapıçılar - Mikael Deon, Emin Kürdov, Cavad Məmmədov, oyunçular - Kənan Manafov, Nurlan Mehdizadə, Pedro Torres, Ponçe, Ramiz Çovdarov, David Qustavo, Oktay Rüstəmli, Andreu Varqas, Vitao, Xəzər Ağalızadə, Vitinyo, Murad Quluzadə, Fərid Ələkbərov, Snesio, Lukas Matheus və Felipinyo yer alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM