satellite   Azerspace-1: 11135 H 30000

"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək

"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək

İspaniyanın "Barselona" klubu futbolçusu Jerar Pike ilə yollarını ayırmaq istəyir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Sport.es" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 35 yaşlı müdafiəçinin müqaviləsini yeniləməyəcək.

Qərarı komandanın baş məşqçisi Xavi də təsdiqləyib.

Qeyd edək ki, Jerar Pikenin klubla sözləşməsi 2024-cü ilin yayında başa çatacaq. Təcrübəli oyunçu 2008-ci ildən "Barselona"da çıxış edir. O, cari mövsüm 7 qarşılaşmada meydanda olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM