satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” və “Kayrat” arasında bu gün keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu ləğv edilib

“Araz-Naxçıvan” və “Kayrat” arasında bu gün keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu ləğv edilib

“Araz-Naxçıvan” və “Kayrat” (Qazaxıstan) futzal komandaları arasında bu gün keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu hər iki baş məşqçinin istəyi ilə ləğv edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, buna səbəb ötən gün Bakıda keçirilmiş matçda bir neçə futzalçının zədələnməsidir.

“Araz-Naxçıvan”ın heyətində Katatau və Andreu Varqas zədələnərək görüşü sonadək davam etdirə bilməyib. Ölkə çempionu buna qədər Sineseni də analoji səbəbdən itirmişdi.

Qeyd edək ki, komandalar arasında oynanılan yoldaşlıq oyununda Naxçıvan təmsilçisi 3:8 hesabı ilə məğlub olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM