satellite   Azerspace-1: 11135 H 30000

Beynəlxalq Şahmat Federasiyasının prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

Beynəlxalq Şahmat Federasiyasının prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

İtaliyada 20 yaşadək şahmatçılar arasında dünya çempionatının bağlanış mərasimi keçirilib. Mötəbər yarışın qalibi olan Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyliyə qızıl medal və kubok təqdim olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, dünya çempionlarının şərəfinə Azərbaycan Dövlət Himni səsləndirilib.

Bağlanış mərasimindən sonra Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç azərbaycanlı dünya çempionlarını tarixi qələbə münasibətilə təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM