satellite   Azerspace-1: 11135 H 30000

İspaniya La Liqası: "Barselona" klubu rəqibini darmadağın edib

İspaniya La Liqası: "Barselona" klubu rəqibini darmadağın edib

Futbol üzrə İspaniya La Liqasının 11-ci turunun növbəti oyunu keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Kataloniya təmsilçisi “Kamp Nou” stadionunda keçirilən görüşdə "Atletik Bilbao"nu 4:0 hesabı ilə məğlub edib.

“Barselona”nın heyətində Osman Dembele 12-ci, Serxi Roberto 18-ci, Robert Levandovski 22-ci, Ferran Torres isə 73-cü dəqiqələrdə fərqləniblər.

Bu nəticədən sonra xalını 28-ə çatdıran “Barselona” klubu turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Siyahıya 31 xalla "Real Madrid" başçılıq edir. "Atletiko Madrid" isə 23 xalla 3-cüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM