satellite   Azerspace-1: 11135 H 30000

“Barselona”nın futbolçusu Usman Dembele klubun tarixinə düşüb

“Barselona”nın futbolçusu Usman Dembele klubun tarixinə düşüb

İspaniyanın “Barselona” komandasının futbolçusu Usman Dembele klubun tarixinə düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı hücumçu La Liqanın 11-ci turunda “Atletik”i 4:0 hesabı ilə məğlub etdikləri maçda yubiley qoluna imza atıb.

Oyunun 12-ci dəqiqəsində hesabı açan forvard “Barselona”nın çempionatdakı 4000-ci qolunu vurub.

Qeyd edək ki, futbolçu 2017-ci ildən “Barselona”da çıxış edir. O, bu mövsüm La Liqada 11 oyuna 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM