satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan idmançısı dünya kubokunda medal qazanıb - FOTOLAR

Naxçıvan idmançısı dünya kubokunda medal qazanıb<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançısı dünya kubokunda medal qazanıb<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançısı dünya kubokunda medal qazanıb<font color=red> - FOTOLAR</font>

Türkiyənin Antalya şəhərində uşaqlar, yeniyetmə və gənclər, o cümlədən böyüklər arasında universal döyüş üzrə dünya kuboku reallaşıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, oktyabrın 17-dən 20-dək davam edən yarışa Azərbaycan yığma komandasının heyətində qatılan Naxçıvan Güləş Federasiyasının idmançısı Sadiq Kərimov uğurlu nəticəyə imza atıb.

Sadiq Kərimov 14-15 yaş kateqoriyasında 55 kiloqram çəki dərəcəsi üzrə mübarizə aparıb. Klassik versiyada 3 görüş keçirən Sadiq iki ukraynalı idmançını məğlub edərək finala adlayıb. Təmsilçimiz həlledici döyüşdə Özbəkistan təmsilçisi ilə qarşılaşıb. Görüşdən məğlub ayrılan yeniyetmə idmançımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Həmin yarışda layt versiya üzrə də özünü sınayan idmançımız bu dəfə üçüncü olub. Bununla da Sadiq Kərimov dünya kubokunu 1 gümüş və 1 bürünc medalla tamamlayıb.

Xatırladaq ki, Sadiq Kərimov ötən il keçirilən dünya çempionatı və dünya kubokunun qalibi olmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM