satellite   Azerspace-1: 11135 H 30000

Peleyə respirator infeksiyası diaqnozu qoyulub

Peleyə respirator infeksiyası diaqnozu qoyulub

Braziliyalı keçmiş futbolçu Peleyə respirator infeksiyası diaqnozu qoyulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, futbol üzrə üçqat dünya çempionu San-Pauludakı xəstəxanaya yerləşdirilib.

82 yaşlı Pele yoğun bağırsağın xərçənginin növbəti dəfə müayinə edilməsi üçün San-Pauludakı Albert Eynşteyn adına xəstəxanaya yerləşdirilib, lakin həkimlər komandası ona antibiotiklərlə müalicə olunan respirator infeksiyasına yoluxması barədə diaqnoz qoyub. Hazırda ümumi palatada olan pasiyentin vəziyyəti yaxşılaşıb, reaksiyası adekvatdır.

2021-ci ilin sentyabr ayında Edson Arantis du Nasimentu (Pele) onun yoğun bağırsağında əmələ gəlmiş şişin kəsilib götürülməsi üzrə əməliyyat keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM