satellite   Azerspace-1: 11135 H 30000

Robert Levandovski Peleni qabaqlayıb

Robert Levandovski Peleni qabaqlayıb

Polşa millisinin futbolçusu Robert Levandovski yeni uğura imza atıb. Otuz yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Fransaya 1:3 hesabı ilə uduzduqları oyunda nail olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 90+9-cu dəqiqədə penaltidən fərqlənən forvard yığmadakı qollarının sayını 78-ə çatdırıb. Levandovski milli komandalarda vurulan qol sayında braziliyalı əfsanəvi hücumçu Peleni (77) keçib. O, hazırda iraqlı Husseyn Səidlə birlikdə 9-10-cu yerləri bölüşdürür.

Siyahıya 118 qolla Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo başçılıq edir. İran seçməsinin Azərbaycan əsilli sabiq oyunçusu Əli Daei (109 qol) ikinci, Argentina millisindən Lionel Messi 94 qolla üçüncü yerdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM