satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2022: Braziliya millisi 1/4 finalda Xorvatiyaya rəqib olub

DÇ-2022: Braziliya millisi 1/4 finalda Xorvatiyaya rəqib olub

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, "sambaçılar" 1/8 finalda Cənubi Koreya yığmasına qalib gəliblər - 4:1.

Hesabı 7-ci dəqiqədə "pentakampeonlar"dan Vinisius Junior açıb. 6 dəqiqə sonra Neymar 2-ci topu rəqibin qapısından keçirib. 29-cu dəqiqədə Rişarlison baxımlı hücumu məntiqi sonluqla tamamlayıb. 36-cı dəqiqədə Lukas Paketa asiyalıları 4-cü dəfə meydanın mərkəzinə dəvət edib. Cənubi Koreyanın təsəlli qoluna isə 76-cı dəqiqədə Payk Senq Ho imza atıb.

Bu nəticə ilə Braziliya seçməsi növbəti mərhələdə Xorvatiyaya rəqib olub.

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM