satellite   Azerspace-1: 11135 H 30000

Millimiz “Avro-2023”də mübarizəyə Çexiya ilə oyunla başlayacaq

Millimiz “Avro-2023”də mübarizəyə Çexiya ilə oyunla başlayacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamız mübarizəyə avqustun 18-də başlayacaq. Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək yığmamızın rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq.

Millimiz “Avro-2023”də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçular bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər.

Qrup mərhələsinin üçüncü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığma avqustun 23-də baş tutacaq qrupdakı sonuncu matçında isə İsveçə rəqib olacaq. Qrupda mübarizəyə bir gün sonra yekun vurulacaq.

Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM