satellite   Azerspace-1: 11135 H 30000

Taekvondoçumuz Cavad Ağayev Qran-Pridə gücünü sınayacaq

Taekvondoçumuz Cavad Ağayev Qran-Pridə gücünü sınayacaq

Azərbaycan taekvondoçusu Cavad Ağayev (68 kq) dekabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda start götürəcək Qran-Pridə çıxış edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, dünya reytinqində 173,94 xalla 10-cu olan Avropa çempionatının mükafatçısı dayanq üzərinə dekabrın 9-da çıxacaq.

Parataekvondo üzrə komandamız da Ər-Riyada yollanacaq. Dekabrın 8-nə təsadüf edəcək Qran-Prinin final mərhələsində ili uğurlu keçirən Sabir Zeynalov (58 kq, K-44), İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərli (80 kq, K-44) güclərini yoxlayacaqlar.

Səfərə bu gün yola düşəcək Azərbaycan millisi dekabrın 11-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Qran-Prinin final mərhələsində il ərzində analoji yarışda nəticə verən 140 idmançı mübarizə aparacaq. Yarışın qalibi reytinqinə 100 xal əlavə edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM