satellite   Azerspace-1: 11135 H 30000

Portuqaliyalı futbolçu Pepe rekorda imza atıb

Portuqaliyalı futbolçu Pepe rekorda imza atıb

Portuqaliyalı futbolçu Pepe Qətərdə keçirilən dünya çempionatında rekorda imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, mundialın pley-off mərhələsində İsveçrə ilə qarşılaşmada fərqlənən Pepe dünya çempionatlarının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu olub. Müdafiəçi bu uğura 39 yaşında (3 aydan sonra onun 40 yaşı tamam olacaq) nail olub.

Qeyd edək ki, Portuqaliya millisi rəqibini 6:1 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Növbəti mərhələdə komanda Mərakeş seçməsi ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM