satellite   Azerspace-1: 11135 H 30000

Paralimpiyaçılarımız ölkə yarışlarında uğurlu nəticə əldə edib - FOTOLAR

Paralimpiyaçılarımız ölkə yarışlarında uğurlu nəticə əldə edib<font color=red> - FOTOLAR</font> Paralimpiyaçılarımız ölkə yarışlarında uğurlu nəticə əldə edib<font color=red> - FOTOLAR</font> Paralimpiyaçılarımız ölkə yarışlarında uğurlu nəticə əldə edib<font color=red> - FOTOLAR</font> Paralimpiyaçılarımız ölkə yarışlarında uğurlu nəticə əldə edib<font color=red> - FOTOLAR</font> Paralimpiyaçılarımız ölkə yarışlarında uğurlu nəticə əldə edib<font color=red> - FOTOLAR</font> Paralimpiyaçılarımız ölkə yarışlarında uğurlu nəticə əldə edib<font color=red> - FOTOLAR</font>

Sağlamlıq imkanları məhdud şəxslərin 6-cı ümumrespublika yarışlarında iştirak edən muxtar respublika paralimpiyaçıları uğurlu nəticələr əldə ediblər. 

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 idman növü üzrə keçirilən yarışlarda muxtar respublikanı layiqincə təmsil edən 10 paralimpiyaçıdan 8-i yüksək mükafatlara layiq görülüb.

Uğurlu nəticələrlə muxtar respublikaya qayıdan paralimpiyaçılarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının Paralimpiya Federasiyasının sədri Nicat Babayev bildirib ki, son illər sağlamlıq imkanları məhdud şəxslərin idmana marağı artıb və onların iştirakı ilə keçirilən yarışlarda yüksək nəticələr əldə olunur.

Qeyd edilib ki, federasiyanın hazırda 18 bölməsi fəaliyyət göstərir. Bu bölmələrdən 3-ü cari ildə istifadəyə verilib. Hazırda bölmələrdə 700-ə yaxın paralimpiyaçı idmanın müxtəlif növləri ilə məşğul olur. İl ərzində təmsilçilərimizdən 2 nəfər müxtəlif idman növləri üzrə dünya çempionatlarında iştirak edib.

Nicat Babayev sonuncu yarışda yüksək nəticə göstərən idmançıları təbrik edib, gələcək karyeralarında uğurlar arzu edib.

Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov əldə edilən nəticələrdən danışıb.

Məşqçi-müəllim Novruz Novruzov yeni yaradılan stolüstü tennis bölməsinin fəaliyyəti barədə məlumat verib, paralimpiyaçılara yaradılan şəraitə görə minnətdarlıq edib.

Sonda yarışlarda uğur qazanan idmançılar hədiyyə və plaketlərlə mükafatlandırılıblar.

Leyla Cəfərzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM