satellite   Azerspace-1: 11135 H 30000

Ekvador Amerika Kubokunu keçirməkdən imtina edib

Ekvador Amerika Kubokunu keçirməkdən imtina edib

Ekvador 2024-cü ildə Amerika Kubokuna ev sahibliyi etməkdən imtina edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Ekvador Futbol Federasiyasının prezidenti Fransisko Eqas bildirib ki, kubokun keçirilməsinə iki maneə var - mütəşəkkil cinayətkarlığın artması fonunda təhlükəsizlik problemləri, həmçinin lazımi infrastrukturun olmaması.

Turnirin ABŞ-da keçirilmə ehtimalı var. Onlar Kanada və Meksika ilə bu barədə danışmağa razılaşıblar. Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyası və Karib hövzəsindən daha üç komanda da Amerika Kubokuna dəvət olunacaq.

Xatırladaq ki, Amerika Kubokunun hazırkı qalibi 2021-ci ilin finalında Braziliya yığmasını məğlub edən Argentina millisidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM