satellite   Azerspace-1: 11135 H 30000

Kriştianu Ronaldu millinin düşərgəsini tərk etmək istəyib

Kriştianu Ronaldu millinin düşərgəsini tərk etmək istəyib

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Qətərdəki dünya çempionatında iştirak edən komandasının düşərgəsini tərk etmək istəyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Record” nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu 1/8 final mərhələsində İsveçrə ilə keçirilən oyunun start heyətində yer almayacağını öyrənəndə bu addımı atmaq qərarına gəlib.

Baş məşqçi Fernandu Santuşun qərarına qəzəblənən kapitan əşyalarını yığaraq məskunlaşdıqları məkandan ayrılmağa hazırlaşıb. Lakin yığmada yenidən aparıcı oyunçu olacağına inanan ulduz futbolçu sonradan fikrini dəyişib.

Portuqaliya yığmasının İsveçrə üzərində 6:1 hesablı qələbə qazandığı qarşılaşmaya ehtiyatdan başlayan Ronaldu 74-cü dəqiqədə əvəzetmədən meydana daxil olub.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 10-da Mərakeşlə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM