satellite   Azerspace-1: 11135 H 30000

Əlli beş yaşlı futbolçu klubunu dəyişib

Əlli beş yaşlı futbolçu klubunu dəyişib

İcarə əsasında Yaponiyanın “Suzuka” klubunda çıxış edən 55 yaşlı futbolçu Kazuyoşi Miura klubunu dəyişib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, hücumçu Portuqaliyanın İkinci divizionunda mübarizə aparan “Oliveyrens”ə transfer olunub.

Miura peşəkar səviyyədə ilk matçını 1986-cı ildə “Santos”da keçirib. O, karyerası ərzində Braziliya, Yaponiya, İtaliya, Xorvatiya və Avstraliya klublarında çıxış edib. 2020-ci ildə Miura “Ventforet Kofu”nun futbolçusu Yukio Tsuşiyanın 2017-ci ildə imza atdığı rekordu qırıb - 42 yaş 10 aylığında. Yaponiyanın əsas çempionatında çıxış edib. Nəticədə o, bunu bacaran ən yaşlı futbolçu olub. Həmçinin Yurgen Klopp, Pol Kaskoyn və Roberto Baccio ilə eyni ildə anadan olan Miura 5 fərqli onillikdə oynayan ilk peşəkar futbolçu adını qazanıb. Miura 2005-ci ildən “Yokohama”nın oyunçusu idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM