satellite   Azerspace-1: 11135 H 30000

İspaniya millisinə yeni baş məşqçi təyin edilib

İspaniya millisinə yeni baş məşqçi təyin edilib

Bu gün İspaniyanın futbol üzrə millisinə yeni baş məşqçi təyin olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, baş məşqçi vəzifəsi Luis de la Fuenteyə həvalə edilib.

Altmış bir yaşlı məşqçi ilə dekabrın 12-də rəsmi müqavilənin imzalanacağı bildirilir. De la Fuente bundan əvvəl İspaniyanın U-21 yığmasına rəhbərlik edib.

Xatırladaq ki, İspaniya komandasının dünya çempionatının səkkizdəbir finalında Mərakeş millisinə məğlub olması Luis Enrikenin istefası ilə nəticələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM