satellite   Azerspace-1: 11135 H 30000

Xorvatiya millisi Braziliyaya, Niderland seçməsi isə Argentinaya qarşı

Xorvatiya millisi Braziliyaya, Niderland seçməsi isə Argentinaya qarşı

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün dörddəbir final mərhələsinə start veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, günün ilk matçında Xorvatiya və Braziliya milli komandaları üz-üzə gələcəklər. “Education City” stadionunda oynanılacaq matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün sonuncu qarşılaşmasında isə Niderland seçməsi Argentina millisi ilə qarşılaşacaq. “Lusail” stadionunda keçiriləcək oyunun baş hakimi ispaniyalı Antonio Mateu olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşlərində İngiltərə millisi Fransa, Mərakeş seçməsi isə Portuqaliya ilə qarşılaşacaq. Görüşlər dekabrın 10-da oynanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM