satellite   Azerspace-1: 11135 H 30000

Pele: "Mbappe rekordumu qırdığı üçün sevinirəm"

Pele: "Mbappe rekordumu qırdığı üçün sevinirəm"

"Mənim növbəti rekordumu qırdığı üçün sevinirəm".

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu Braziliya millisinin əfsanəvi futbolçusu Pele Fransa yığmasının hücumçusu Kilian Mbappe haqqında sosial şəbəkə hesabında yazıb.

Üçqat dünya çempionu xəstəxanaya yerləşdirildən sonra ona dəstək olduğu üçün fransalı oyunçuya təşəkkür edib.

Qeyd edək ki, Kilian Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu olub. O, bu uğura Qətərdə keçirilən mundialda sahib çıxıb. Daha əvvəl rekord 24 yaşına çatmamış 7 dəfə fərqlənən Peleyə məxsus idi. Fransa seçməsi DÇ-2022-nin 1/4 finalında İngiltərə kollektivi ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM