satellite   Azerspace-1: 11135 H 30000

FIFA dünya çempionatını iki ildən bir keçirmək ideyasını dəstəkləməyib

FIFA dünya çempionatını iki ildən bir keçirmək ideyasını dəstəkləməyib

Beynəlxalq Futbol Federasiyası (FIFA) dünya çempionatının iki ildən bir keçirilməsi ideyasını dəstəkləməyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə FIFA-nın Qlobal inkişaf departamentinin rəhbəri Arsen Venger Fransanın “L'Equipe” qəzetinə müsahibəsində deyib.

“Mən bunun pis fikir olmadığını düşünürəm, lakin belə olduqda sıralama təqvimi yenidən qurulmalıdır. Hazırda dünya çempionatı, qadınlar arasında dünya və Avropa çempionatları və qadın futbol klublarının Dünya kuboku ilə növbələşən dörd illik dövrə üzərində çalışırıq”, - deyə Arsen Venger bildirib.

FİFA bir müddət öncə Arsen Vengerin rəhbərlik etdiyi departamentindən dünya çempionatının iki ildən bir keçirilməsi konsepsiyasını nəzərdən keçirməyi xahiş etmişdi. Hazırda dünya çempionatı dörd ildən bir keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM