satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2022: Yarımfinal mərhələsinə ilk vəsiqəni Xorvatiya millisi qazanıb

DÇ-2022: Yarımfinal mərhələsinə ilk vəsiqəni Xorvatiya millisi qazanıb

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland - Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM