satellite   Azerspace-1: 11135 H 30000

Niderland-Argentina: Start heyətlər açıqlanıb

Niderland-Argentina: Start heyətlər açıqlanıb

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsində qarşılaşacaq Niderland və Argentina yığmalarının start heyətləri açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Niderland millisinin start heyətində Andries Noppert, Yurien Timber, Vircil Van Dayk, Natan Ake, Denzel Dümfriz, Marten De Run, Frenki De Yonq, Deyli Blind, Stiven Berqveyn, Memfis Depay və Kodi Qakpo yer alıblar.

Argentina seçməsinin heyətində meydana Emiliano Martinez, Molina Nahuel, Kristian Romero, Lisandro Martines, Nikolas Otamendi, Markos Akunya, Aleksis Makallister, Rodriqo De Paul, Entso Fernandes, Lionel Messi və Julian Alvares çıxacaqlar.

“Lusail” stadionunda keçiriləcək oyunun baş hakimi ispaniyalı Antonio Mateu olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM