satellite   Azerspace-1: 11135 H 30000

Braziliya millisinin baş məşqçisi istefa verib

Braziliya millisinin baş məşqçisi istefa verib

Braziliya millisinin baş məşqçisi Tite istefa verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 61 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə oyundan sonra postunu tərk etdiyini açıqlayıb.

O, bu qərarı öncədən verdiyini bildirib: “Mənim dövrüm bitdi. Bunu bir il yarım əvvəl demişəm. Sözümün ağasıyam”.

Braziliya yığması DÇ-2022-də 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında Xorvatiyaya (2:4) məğlub olub.

Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisini çalışdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM