Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının 1/4 finalında Niderland ilə matçda assistə imza atıb.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Opta Sports” Teleqram kanalında məlumat yayıb.
Otuz beş yaşlı hücumçu üçün bu, dünya çempionatının pley-off matçlarında 5-ci məhsuldar ötürmədir. Bu göstəriciyə görə o, braziliyalı sabiq hücumçu Peleni (4) keçib.
