satellite   Azerspace-1: 11135 H 30000

Cud Bellinqem dünyanın ən bahalı futbolçusudur

Cud Bellinqem dünyanın ən bahalı futbolçusudur

“CIES Football Observatory” futbolçuların transfer dəyərinin reytinqini açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, tədqiqat qrupu dünyanın 75 liqasından 30 mindən çox oyunçunun təxmini transfer dəyərini dərc edib.

“Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Cud Bellinqem 208 milyon avro ilə ən bahalı futbolçu olub. “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden 200,5 milyon avro ilə reytinqdə ikinci pillədə qərarlaşıb.

İlk beşlikdə PSJ-nin hücumçusu Kilian Mbappe (191,7 milyon avro), “Real Madrid”dən Vinisius Junior (190,5 milyon) və Erlinq Holand (“Mançester Siti”, 174,9 milyon) yer alıblar.

Lionel Messi və Kriştiano Ronaldo reytinqdə ilk yüzlüyə belə daxil edilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM