satellite   Azerspace-1: 11135 H 30000

AFFA-nın təşkilatçılığı ilə məşqçi kursları keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə məşqçi kursları keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə fevralın 18-19-da və 25-də ümumilikdə üç günü əhatə edəcək “D” kateqoriyalı məşqçi kursları təşkil ediləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olmaqla AFFA-nın məşqçi kurslarının təlimçiləri tərəfindən Təhsil və Reabilitasiya Mərkəzində keçiriləcək. Kursda iştirak etmək ödənişsizdir. İştirak etmək istəyən 18 yaşına çatmış şəxslər fevralın 9-dək https://bit.ly/3ZtyvBV linkə keçid edərək qeydiyyatdan keçib anketi doldura bilərlər. Qeydiyyatdan keçmiş ilk 25 nəfər (kişi və qadın) kurslara cəlb ediləcək. Kurslarda iştirak etmək haqqı qazanmış şəxslərə bu barədə məlumat veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM