satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ”ın Ovusu üçün istədiyi məbləğ müəyyənləşib

“Qarabağ”ın Ovusu üçün istədiyi məbləğ müəyyənləşib

“Qarabağ”ın futbolçusu Kvabena Ovusu üçün Macarıstan klubu “Ferentsvaroş”dan tələb etdiyi məbləğ müəyyənləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, “Nemzeti Sport” nəşrinə istinadən məlumatına görə, qanalı hücumçunun qış transfer dönəmində “Ferentsvaroş”a keçidi ağdamlılara 300 min avro qazandıra bilər.

26 yaşlı forvard macarlarla mövsümün sonu üçün azad agent kimi 2 illik müqaviləni razılaşdırsa da, klub onu indi heyətinə qatmaq niyyətindədir. Bu yöndə klublar arasında danışıqlar davam edir. Maliyyə şərtlərində razılıq əldə olunsa, Ovusu yaxın günlərdə “Ferentsvaroş”a qoşulacaq.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ilin yanvarından “Qarabağ”ın şərəfini qoruyur. Onun ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM