satellite   Azerspace-1: 11135 H 30000

Millimizin oyunlarının təqvimi müəyyənləşib

Millimizin oyunlarının təqvimi müəyyənləşib

Avropa çempionatının 2022-2023-cü illər mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları martın 22-də, 25-də və 28-də Bosniya və Herseqovinada təşkil olunacaq.

B Liqasının ikinci qrupunda mübarizə aparacaq komandamız ilk oyununu martın 22-də Qazaxıstan seçməsinə qarşı keçirəcək. Futbolçularımız martın 25-də Bosniya və Herseqovina, ayın 28-də isə Monteneqro ilə üz-üzə gələcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM