satellite   Azerspace-1: 11135 H 30000

“Gent” – “Qarabağ” matçını şotlandiyalı hakimlər briqadası idarə edəcək

“Gent” – “Qarabağ” matçını şotlandiyalı hakimlər briqadası idarə edəcək

Belçikada “Gent” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Uilyam Kollam olacaq. Ona Frensis Konnor və David Rum kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nikolas Uolş yerinə yetirəcək.

İngiltərəli Devid Kut VAR hakimi, Li Betts isə onun köməkçisi olacaq.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM