satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “Real Madrid” “Liverpul”a, “Napoli” “Ayntraxt”a qalib gəlib

Çempionlar Liqası: “Real Madrid” “Liverpul”a, “Napoli” “Ayntraxt”a qalib gəlib

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Hər iki görüşdə qonaqlar qələbə qazanıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, gecənin mühüm qarşılaşması İngiltərədə “Liverpul”la İspaniya “Real Madrid”i arasında baş tutub. "Kral klubu" çətin səfərdə rəqibini 5:2 hesabı ilə məğlub edib.

Digər matçda isə ÇL-in iddialı komandalarından İtaliya “Napoli”si Almaniyada “Ayntraxt”ın qapısından 2 cavabsız top keçirib. 36-cı dəqiqədə Neapol təmsilçisindən Xviça Kvaratsxeliya penaltini dəqiq yerinə yetirə bilməyib. 58-ci dəqiqədə isə meydan sahiblərindən Rendal Kolo-Muani qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Xatırladaq ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə “Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransa PSJ-yə, Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı isə Belçikada “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM