satellite   Azerspace-1: 11135 H 30000

Kişi voleybolçular arasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib

Kişi voleybolçular arasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, həmin oyunlar fevralın 25-də və 28-də keçiriləcək.

Fevralın 25-də VI turdan təxirə salınmış “Xarı bülbül” - “Murov” qarşılaşması baş tutacaq. Oyun saat 15:00-da başlayacaq.

Fevralın 28-də isə VII turun təxirə salınan “Xarı bülbül” - MOİK matçı təşkil olunacaq. Bu görüşün start fiti saat 16:00-da çalınacaq.

Hər iki matç Voleybol Mərkəzində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM