satellite   Azerspace-1: 11135 H 30000

Avropada mövsüm ərzində ən çox baş məşqçi dəyişikliyi olan çempionatlar

Avropada mövsüm ərzində ən çox baş məşqçi dəyişikliyi olan çempionatlar

Avropanın ən yüksək reytinqli 10 ölkə çempionatında 2022/2023 mövsümündəki baş məşqçi dəyişikliklərinin faiz nisbəti açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, siyahıya Belçika Pro Liqası başçılıq edir.

Adıçəkilən ölkənin yüksək liqa klublarında cari mövsüm edilən baş məşqçi dəyişiklikləri 78 faizdir. Almaniya Bundesliqası bu baxımdan ikinci, Fransa Liqa 1-i isə üçüncü pillədə qərarlaşıb.

İlk “10-luğ”a düşə bilməyən Türkiyə Super Liqası reytinqdəki 6 çempionatdan daha stabil göstəriciyə malikdir. Qardaş ölkənin 19 klubundan 7-si mövsümün gedişində dəyişikliyə ehtiyac duyub. Bunlar “Beşiktaş”, “Konyaspor”, “Qaziantep”, “Hatayspor”, “Ankaragücü”, “Kasımpaşa” və “İstanbulspor”dur. “Kasımpaşa” hətta iki dəfə baş məşqçisini dəyişməli olub. 19 komandada ümumilikdə 8 istefa reallaşıb ki, bu da 42 faizlik göstərici deməkdir.

Azərbaycan Premyer Liqasındakı stabillik isə daha yaxşıdır. Bunda elitadakı komanda sayının azlığının da rolu var. Hələlik yalnız “Sumqayıt”, “Kəpəz” və “Səbail” uğursuzluğun günahını baş məşqçidə görərək, mövsümün gedişində yollarını ayırıb. Azərbaycan çempionatında baş məşqçi dəyişikliyi 33 faizə bərabərdir ki, bu, reytinqin ilk “10-luğ”undakı Avstriya Bundesliqası və Şotlandiya Premyer Liqası ilə eynidir.

İlk “10-luq”dakı çempionatlar aşağıdakı kimi sıralanıb:

1. Belçika - 78%

2. Almaniya - 61%

3. Fransa - 60%

4. Portuqaliya - 56%

5. Niderland - 50%

6. İngiltərə - 45%

7. İtaliya - 40%

8. İspaniya - 35%

9. Avstriya - 33%

10. Şotlandiya - 33%

Qeyd edək ki, milli çempionatların UEFA reytinqində Türkiyə Super Liqası 12-ci, Azərbaycan Premyer Liqası isə 29-cu pillədədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM