satellite   Azerspace-1: 11135 H 30000

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib

Futzal üzrə Azərbaycan millisinin 2024-cü ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi üçün heyəti açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, futzal yığmamız mundialın əsas mərhələsi çərçivəsində martın 3-də Bakıda Yunanıstan, martın 7-də isə səfərdə Polşa yığması ilə qarşılaşacaq.

Komandamız fevralın 27-dən martın 3-dək Bakıda, martın 5-dən 7-dək isə Polşada toplanış keçirəcək.

Hazırlıq prosesinə 16 futzalçı dəvət olunub.

Millimizin heyəti Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Amadeu, Felipinyo, Cavad Məmmədov, Emin Kürdov, Xəzər Ağalızadə, Amir Şojaei, Fineo De Araujo, Tyaqo Teles MartinsEduardo Borges, Rafael Vilela, Everton Kardoso və Hadi Ahmadidən ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM