satellite   Azerspace-1: 11135 H 30000

"Roma" və "Mançester Yunayted"in futbolçuları həftənin ən yaxşısı adına namizəd olublar

"Roma" və "Mançester Yunayted"in futbolçuları həftənin ən yaxşısı adına namizəd olublar

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu ada Almaniyanın "Bayer" (Leverkuzen) klubundan Edmond Tapsoba, İngiltərə "Mançester Yunayted"indən Brunu Fernandeş, İtaliya "Roma"sından Paulo Dibala və Belçikanın "Yunion" komandasından Viktor Bonifase iddia edir.

Konfrans Liqasında isə namizədlər Niderlandın AZ kollektivindən Yesper Karlsson, İngiltərənin "Vest Hem" klubundan Maykl Antonio, Slovakiyanın "Slovan" (Bratislava) komandasından Vladimir Vayss və Polşa "Lex"indən Antonio Miliçdir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM