satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək

 Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turun açılış matçında “Kəpəz” klubu Gəncədə “Zirə”ni qəbul edəcək. “Zirə” hazırda 36 xalla turnir cədvəlində dördüncü, aktivində 20 xal olan “Kəpəz” isə səkkizinci pillədə qərarlaşıb.

Günün digər qarşılaşmasında “Sumqayıt” komandası “Sabah”ın qonağı olacaq. “Sabah” klubu 56 xalla turnir cədvəlində ikincidir. “Sumqayıt” isə 21 xalla yeddinci sırada yer alıb.

Qeyd edək ki, turun digər oyunları - “Turan Tovuz” - “Qəbələ”, “Qarabağ” - “Səbail” martın 11-də, “Şamaxı” – “Neftçi” isə ayın 12-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM