satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar - FOTOLAR

Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font> Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font> Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font> Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font> Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font> Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font> Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font> Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font> Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font> Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font> Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font> Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font> Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırıblar<font color=red> - FOTOLAR</font>

Türkiyədə zəlzələ bölgəsində könüllü kimi çalışan gənclərimiz öz qardaşlıq borcunu yerinə yetirib, ötən gün vətənə yola düşüblər.

Gənclər Fondundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, bir ay müddətində ümumilikdə 150 könüllüdən ibarət Azərbaycan nümayəndə heyəti on minlərlə zərərçəkmiş müxtəlif dəstəkverici humanitar xidmətlər göstəriblər. Bu, Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi yadda qalacaq.

Kahramanmaraş şəhərində baş tutan yola salınma mərasimində iştirak edən Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndələri, türkiyəli könüllülər, yerli sakinlər, o cümlədən könüllülərimizin dostlarına çevrilmiş uşaqlar Azərbaycan könüllülərinə minnətdarlıq ifadə edib, gənclərimizin zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirib, onlara bu müddət ərzində göstərdikləri qardaş dəstəyinə görə təşəkkürlərini çatdırıb, uğurlu yol arzulayıblar. TÜGVA nümayəndələri bu müddət ərazində çiyin-çiyinə işlədikləri Azərbaycan könüllülərinin əzmkarlığına heyran olduqları, onların əsl qardaşlıq nümunəsi göstərdiklərini vurğulayıblar.

Məlumat üçün bildirək ki, Türkiyədə baş vermiş və çoxsaylı insan itkilərinə səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən qardaş ölkəyə yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM