satellite   Azerspace-1: 11135 H 30000

PSJ klubu tenderdə FIFA-ya rəqib olub

PSJ klubu tenderdə FIFA-ya rəqib olub

Fransanın PSJ klubu Parisdəki “Stad de Frans” stadionunun alınması ilə bağlı tenderdə iştirak edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi yerli mətbuata istinadən xəbər verir ki, parislilər bununla bağlı ilkin təmaslarını qurublar.

Klub rəsmilərindən biri açıqlamasında “Stad de Frans”ı almağa namizəd olduqlarını təsdiqləyib. Fransa hökuməti 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarından sonra adıçəkilən stadionu 600 milyon avroya satmağa ümid edir.

Qeyd edək ki, FIFA da “Stad de Frans”ı almaqda maraqlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM