satellite   Azerspace-1: 11135 H 30000

Britaniya hökuməti rusiyalıların Olimpiadada iştirakına yol verməməyə çağırıb

Britaniya hökuməti rusiyalıların Olimpiadada iştirakına yol verməməyə çağırıb

Böyük Britaniya hökuməti Olimpiadanın sponsorlarına ünvanladığı məktubda rusiyalı və belaruslu idmançıların hətta neytral statusda olsa belə, Parisdə keçiriləcək yay oyunlarında iştirakına yol verməmək uçun Beynəlxalq Olimpiya Komitəsinə təzyiq göstərməyə çağırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “The Guardian” nəşrinə istinadla xəbər verir ki, məktubda Rusiya və Belarusda idman və siyasətin bir-biri ilə sıx bağlı olduğu və bu ölkələrə idmandan təbliğat vasitəsi kimi istifadə etməyə imkan verilməməsinin vacibliyi vurğulanır.

Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus atletlərinin Paris Yay Olimpiya Oyunlarına buraxılıb-buraxılmaması məsələsi barədə hələlik yekun qərar qəbul etməyib. Təşkilat eyni zamanda onların oyunlarda neytral statusda çıxış etməsinin yollarını axtarır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM