satellite   Azerspace-1: 11135 H 30000

Futzal üzrə millimizi Avropa çempionatının oyunlarına İlqar Aslanov çıxaracaq

Futzal üzrə millimizi Avropa çempionatının oyunlarına İlqar Aslanov çıxaracaq

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, komandanın hazırlıq prosesinə U-17-nin baş məşqçisi İlqar Aslanov rəhbərlik edir. Buna səbəb U-19-un baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlərin yaranmasıdır. O, yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq. Komandanı Avropa çempionatının oyunlarına da İ.Aslanov çıxaracaq.

Qeyd edək ki, U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb. Bu qrupun oyunları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM