satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” klubu avrokuboklara vəsiqəni təmin edib

“Qarabağ” klubu avrokuboklara vəsiqəni təmin edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında mükafatçılardan biri dəqiqləşib. XXVI turda “Səbail”i 3:0 hesabı ilə məğlub edən “Qarabağ” xal hesabını 68-ə çatdıraraq ilk üçlükdə yerini təmin edib. Bununla da Qurban Qurbanovun yetirmələri həm medallardan birini, həm də avrokuboklara vəsiqəni əldə edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, “Qarabağ”ın tarixində Azərbaycan çempionatındakı 17-ci mükafatdır. Ağdam təmsilçisi aktivində 9 qızıl, 4 gümüş və 3 bürünc medal var.

“Qarabağ” 1993-cü, 2013-2014-cü, 2014-2015-ci, 2015-2016-cı, 2016-2017-ci, 2017-2018-ci, 2018-2019-cu, 2019-2020-ci və 2021-2022-ci il mövsümlərində çempion olub. Bölgə təmsilçisi 1993-1994-cü, 1996-1997-ci, 2012-2013-cü və 2020-2021-ci il mövsümlərində gümüş medal qazanıb. 2003-2004-cü, 2009-2010-cu və 2010-2011-ci il mövsümlərində də üçlükdə yer alan “Qarabağ” bürünc mükafatla kifayətlənib.

Qeyd edək ki, medal sayında “Qarabağ” yalnız “Neftçi”dən geridədir. Bakı təmsilçisinin 20 mükafatı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM