satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında yeni rekorda imza atıb

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında yeni rekorda imza atıb

Ağdamın “Qarabağ” klubunun hücum tandemi Musa Qurbanlı və Ramil Şeydayevin Azərbaycan Premyer Liqasında vurduğu qolların sayı 35-ə çatıb. Bu, XXVI turun “Səbail”lə matçında baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, 3:0 hesablı qələbəyə bir topla töhfə verən M.Qurbanlı 18-ci dəfə fərqlənib. R.Şeydayevin aktivində 17 qol var.

Bu, 2008-ci ildən PFL-in bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordudur. Bunadək həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin üzvləri 2012-2013-cü il mövsümündə birlikdə 34 qola sevinmişdilər. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə rəqib qapısına yol tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM