satellite   Azerspace-1: 11135 H 30000

VAR sisteminin İspaniya La Liqasının liderlərinə təsiri açıqlanıb

VAR sisteminin İspaniya La Liqasının liderlərinə təsiri açıqlanıb

VAR sisteminin İspaniya La Liqasının liderlərinə təsiri bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, hakimin video köməkçisi “Barselona” və “Real”a fərqli təsir edib.

Bu qərarlar sayəsində komandalar arasında turnir cədvəlində fərq yaranıb. “Barselona” VAR-ın köməyi ilə 4 xal qazanıbsa, “Real” 5 xal itirib.

Hazırda turnir cədvəlinə Xavinin komandası başçılıq edir. 25 matçda 65 xal toplayan kataloniyalılar “Real”ı 9 xal qabaqlayır. Əgər VAR-ın müdaxilələri olmasaydı, hər iki komandanın 61 xalı olacaqdı.

Qeyd edək ki, “Barselona” XXV turda “Atletik”ə VAR-ın qərarından sonra qalib gəlib – 1:0. Hakimlər 87-ci dəqiqədə Bilbao təmsilçisinin qolunu ləğv edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM