satellite   Azerspace-1: 11135 H 30000

"Beşiktaş"ın xeyriyyə matçı üçün danışıq apardığı Azərbaycan klubu bəlli olub

"Beşiktaş"ın xeyriyyə matçı üçün danışıq apardığı Azərbaycan klubu bəlli olub

Türkiyə "Beşiktaş"ı Bakıda "Sabah" klubu ilə xeyriyyə oyunu keçirə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş yerli mətbuata açıqlama verib.

71 yaşlı mütəxəssis iki klub arasında danışıqların davam etdiyini bildirib: "4-5 gün öncə danışdıq. Oyunun tarixi tam dəqiqləşməyib. Biz martın 21-i və ya 24-də oynamağı təklif etdik. Onlar isə matçın martın 25-də keçirilməsini istəyirlər".

Qeyd edək ki, daha əvvəl "Qarabağ" martın 26-da Bakı Olimpiya Stadionunda "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM