Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan milliləri ilə oyun üçün İsveç yığmasına çağırıla bilər.
Naxçıvan televiziyası İnformasiya Agentliyi yerli mətbuata istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Yanne Andersson istisna etməyib.
O bildirib ki, sonuncu dəfə 2022-ci il martın 29-da Polşaya (0:2) qarşı DÇ-2022-nin seçmə mərhələ görüşündə iştirak edən 42 yaşlı futbolçunu bir illik fasilədən sonra milliyə qaytarmağı düşünür: “Zlatan nə zaman sağlamdırsa, hətta meydana çıxmasa belə, öhdəlik və liderlik baxımından göstərdiyi təsirlə bizə çox şey verə bilər”.
İbrahimoviç milli karyerasında ilk rəsmi oyununu 2001-ci il oktyabrın 7-də Azərbaycan yığmasına qarşı keçirib. İsveç seçməsinin 3:0 hesabı ilə qalib gəldiyi həmin görüşdə futbolçu yığmada ilk qolunu vurub.
Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.
