satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" - "Qalatasaray" oyununun biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb

"Qarabağ" - "Qalatasaray" oyununun biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb

"Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.

Ağdam klubundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, matçın biletləri martın 16-da saat 11:00-dan etibarən satışda olacaq.

Qiymət müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Iticket.az-ın satış məntəqələri, “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu və iticket.az-dan əldə etmək mümkündür.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM